Çinin paytaxtı Pekinin şimalında 3,4 bal gücündə zəlzələ baş verib. ONN media xəbər verir ki, yerli vaxtla saat 12:47-də qeydə alınan yeraltı təkanların episentri Huayjou rayonunda, ocağı isə 13 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Pekində zəlzələ oldu

