Əfqanıstanın şərqində yerləşən Laqman əyalətində partlayış baş verib. ONN media xəbər verir ki, hadisə nəticəsində ən azı 7 uşaq həlak olub, daha 7 uşaq yaralanıb. Məlumata görə, hadisəyə səbəb partlamamış döyüş sursatları olub. Partlayış zamanı həyətlərdən birində uşaqlar oynayırdılar.
7 uşaq öldü, 7-si yaralandı – DƏHŞƏTLİ PARTLAYIŞ

