ONN İnformasiya Agentliyi

Meyitləri 5 ay sonra tapılan alpinistlərin adları əbədiləşdirildi - FOTO

Meyitləri 5 ay sonra tapılan alpinistlərin adları əbədiləşdirildi - FOTO
10-05-2019, 13:50


Qubanın Xınalıq kəndi ərazisindən Tufandağ istiqamətində yürüşə çıxarkən həlak olan azərbaycanlı alpinistlərin adı əbədiləşdirilib.

ONN media xəbər verir ki, "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri olan hər üç gəncin – Namin Bünyatov, Fəridə Cəbrayılzadə və Babur Hüseynovun xatirə lövhəsi itkin düşdükləri Mahmuddərə ərazisində qaya parçasının üzərinə vurulub.

Xatırladaq ki, N.Bünyatov, F.Cəbrayılzadə və Babur Hüseynov 23 dekabr 2017-ci ildə Qubanın Xınalıq kəndi ərazisindən Tufandağ istiqamətində yürüşə çıxıblar. Mahmuddərə adlanan ərazidə qar uçquna düşən alpinistlərin axtarışları 5 ay davam edib. Onların cəsədləri 16 may 2018 tarixində tapılıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png