ONN İnformasiya Agentliyi

"Deyirlər, Azərbaycana gəlmə" - Kənan M.M.

"Deyirlər, Azərbaycana gəlmə" - Kənan M.M.
7-06-2019, 20:48

"Bakı üçün darıxıram. Dostlarım, məni tanıyanlar yazır ki, Azərbaycana gəlmə. Çox üzülürəm". ONN media xəbər verir ki, bu sözləri rejissor Kənan M.M. "Şou news"a açıqlamasında deyib. Türkiyədə "Savaşçı" serialında rol alan Kənan ünvanına yazılan tənqidlərdən danışıb. Rejissor bildirib ki, dostları və sosial şəbəkə istifadəçiləri ona Bakıya gəlməməsini deyir: "Bu yorumlara əsəbiləşirəm, niyə gəlməyim? Bezmisiniz məndən? Həyatımın sonuna qədər Türkiyədə yaşamaq, yaratmaq niyyətində deyiləm. İndi tətilə gəlmişəm. Ancaq dincəlib, idman edib, yeni mövsümə hazırlaşacam. 2019-cu ili bu serialda keçirib, sonra başqa təkliflərə baxacam". https://www.youtube.com/watch?v=VA2BZ4so_l4

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png