ONN İnformasiya Agentliyi

Məşhur türk serialında Azərbaycanla bağlı səhnə- “BU BAYRAQ DA BİZİMDİR” – VİDEO

Məşhur türk serialında Azərbaycanla bağlı səhnə- “BU BAYRAQ DA BİZİMDİR” – VİDEO
27 Noyabr 2017 - 15:02

Hər bazar günü FOX kanalında yayımlanan “Savaşçı” serialının 22-ci bölümündə Azərbaycanla bağlı səhnələrə yer verilib. 

ONN media-nın verdiyi məlumata görə, terrorçular Azərbaycanın neft layihəsində çalışan 6 mühəndisi qaçırır.

Türkiyə xüsusi təyinatlıları isə Azərbaycanın qardaş ölkədəki səfirinin istəyi ilə onları xilas etməyə yollanır. Komandir Azərbaycan bayraqlarını qollarına taxması üçün payladığı əsgərlərə “Bir çiyninizdə türk bayrağı var, digərinə bunu taxmağınızı istəyirəm” deyir. Daha sonra isə əsgərlərə müraciətini belə davam etdirir: “Sizə verdiyim Cənubi Afrika, Avstriya bayrağı olsaydı, taxardınızmı?”.

Təyinatlılardan “yox” cavabı alan komandir “Çünki bu bayraq da bizimdir” deyir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png