ONN İnformasiya Agentliyi

Çində gəmi qəzası: 12 nəfər itkin düşdü

Çində gəmi qəzası: 12 nəfər itkin düşdü
27 Noyabr 2017 - 23:07

Çinin cənubundakı Quandun vilayətinin sahil sularında 2 yük gəmisinin toqquşması nəticəsində yaranan qəzada 12 nəfər ekipaj üzvü itkin düşüb.

ONN media xəbər verir ki, 5 min ton qum daşıyan gəmi təxminən bir o qədər də poladla yüklənmiş digər gəmi ilə toqquşandan sonra batıb. Batan gəmidən 2 ekipaj üzvü, habelə digər gəmidən 11 nəfər xilas edilib.

Hazırda itkin düşən ekipaj üzvlərinin axtarışları davam etdirilir. Axtarış işlərinə 30 xilasetmə gəmisi, bir helikopter və bir neçə digər növ gəmi cəlb olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png