ONN İnformasiya Agentliyi

Bu gün futbol üzrə Dünya Çempionatının püşkü atılacaq

Bu gün futbol üzrə Dünya Çempionatının püşkü atılacaq
01 Dekabr 2017 - 10:56

2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatının qrupları bu gün təşkil ediləcək püşkatma mərasimində bəlli olacaq.

ONN media xəbər verir ki, mərasim saat 19:00-da başlanacaq.

Rusiyanən paytaxtı Moskvada yerləşən Kreml sayaında baş tutacaq püşkatmanın aparıcısı İngiltərənin keçmiş milli futbolçusu Geri Laynker olacaq.

Mərasimə keçmiş ulduz futbolçulardan ingiltərəli Qordon Banks, fransalı Laurent Blank, braziliyalı Kafu, italiyalı Fabio Kannavaro, uruqvaylı Dieqo Forlan, argentinalı Dieqo Maradona, ispaniyalı Çarlz Puvol və rusiyalı Nikita Simonya da qatılacaq.

Rusiya çempionata ev sahibliyi etdiyi üçün yarışmaya birbaşa qatılacaq. Dünya Çempionatında yer alan 32 komanda 8 qrupa ayrılacaq. Qrupdan ilk iki sırada çıxan komanda adlarını 1/16 mərhələyə yazdıracaq.

Dünya Çempionatında qruplarda mübarizə aparacaq komandaların səbətləri isə belədir:

1-ci səbət: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa

2-ci səbət: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Meksika, Uruqvay, Xorvatiya

3-cü səbət: Danimarka, İslanidya, Kosta Rika, İsveç, Tunis, Misir, Seneqal, İran

4-cü səbət: Serbiya,Nigeriya, Avstraliya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png