ONN İnformasiya Agentliyi

Azərbaycan tarixin ən bahalı razılaşmasını imzalayacaq

Azərbaycan tarixin ən bahalı razılaşmasını imzalayacaq
20 Dekabr 2017 - 22:52

Azərbaycan İspaniya Kral Futbol Federasiyasının baş sponsoru ola bilər.

ONNmedia xəbər verir ki, “APA” agentliyi bu barədə iddianı məşhur "As” nəşrinə istinadən irəli sürüb.

İddiaya görə, Azərbaycan qurumun baş sponsoru olmaq üçün ispanlara 50 milyon dollar ödəməlidir. Ancaq siyasi arenalarda baş verənlər və İspaniya millisinin Rusiyadakı dünya çempionatına gedib-getməyəcəyinin müzakirəyə çıxarılması müqavilənin taleyini sual altına salıb.

Bu da İspaniya futbol qurumunda müəyyən narahatlıqlara səbəb olub. Federasiyanın marketinq direktoru Visente Kasado və idman direktoru Fernando Yerronun məsələ ilə bağlı Bakıya səfəri də təxirə salınıb.

Hazırda federasiya rəhbərliyi DÇ-2018-lə bağlı FİFA-nın yekun qərarını gözləyir. Federasiya yığmanın mundialdakı iştirakının təsdiqlənəcəyi an müqaviləni imzalamağa çalışacaq. Razılaşma baş tutsa, federasiyanın tarixində ən bahalı anlaşma olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png