ONN İnformasiya Agentliyi

Güllərin ömrünü necə uzatmaq olar?

Güllərin ömrünü necə uzatmaq olar?
12 Fevral 2018 - 14:36

ONN media sizlərə maraqlı məlumat təqdim edir. 

Yəqin, hər birimiz fikir vermişik ki, bəzi güllər daha tez solurlar. Belə ki, pion və tülpanlar uzun müddət qönçə halında qala və çox qısa vaxt ərzində açılıb bütün ləçəklərini itirə bilərlər. Əslində, güllər çox zərif və kövrək materialdır və bilmək olmur, ömrü nə qədər sürəcək. Lakin bəzi prosedurlar vasitəsi ilə güllərin ömrünü bir qədər uzatmaq olar.

Düzgün qidalanma

Dərilmiş gül daha uzun müddət qalması üçün düzgün qidalanmalıdır. Suya gül dükanında və ya iri bağa aid supermarketdə satılan əlavə bəsləyici maddələr qatın. Artıq yarpaq və tikanları kəsin ki, su saplaq boyunca birbaşa yuxarı qalxsın – su bilavasitə gülün özünü qidalandıracaq.

Sərinlik

Bu məsləhət, əsasən, pion və yasəmən kimi zərif güllərə aiddir. Bunları bir gün əla vəziyyətdə saxlamaq qətiyyən imkansız görünür. Lakin aldığınız tülpanları sabah hədiyyə etmək istəyirsinizsə, onları soyuducuya qoyun. Susuz soyuducunun rəfinə elə qoyun ki, çiçəklər divarlara toxunmasınlar. Sərinlik ləçəklərin qorunmasına səbəb olacaq.

Qaynar su

Əlbəttə, bu üsul hər gül üçün uyğun deyil, amma, məsələn, hortenziya kimi tələbkar bitkini yalnız bu cür saxlamaq olur: saplağı qaynar suya salın və 15-30 dəqiqə gözləyin. Sonra saplağın suda olan hissəsini kəsməyi unutmayın.

Gülləri düzgün kəsin

Məsələn, qızılgüldə olduğu kimi, lifli və ağac saplaqlar suyu çətinliklə sorurlar, onları bucaq altında kəsmək, uclarını isə bir az əzmək lazımdır. Bu halda onsuz da uzunömürlü hesab edilən qızılgülləriniz sizi daha da uzun müddət sevindirəcəklər. Təmiz güldan Gülləri həmişə təmiz güldana qoyun. Hətta onu əvvəlcə qaynar su və sabunla yumaq yaxşı olar. Bununla gülləri qısa müddətdə xarab edə biləcək mikroorqanizmlər məhv olacaqlar.

Suyu vaxtında dəyişin

Bəzi güllər hətta dəridikdən sonra da böyüməyə davam edirlər. Məsələn, anemonlar, tülpanlar böyüməyə davam edir və hər gün çoxlu su sorurlar. Təzə güllər bir gecəyə güldandakı suyun yarısını sora bilərlər. Bu o deməkdir ki, güllər hələ də canlıdırlar və hətta böyüməyə davam edirlər. Güllər üçün suyu krandan götürməyə öyrəşmişik, bunda pis bir şey yoxdur, yalnız güllərinizin ömrünü uzatmaq istəyirsinizsə, güldana duzlardan təmizlənmiş su tökün. Bu cür suyu filtrdən keçirməklə əldə etmək olar.

Su çiləmə

Demək olar ki, bütün güllər nəmi sevirlər. Buna görə də güllərin üzərinə gün ərzində 1-2 dəfə su çiləmək yaxşı olar.
 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png