ONN İnformasiya Agentliyi

Summativ qiymətləndirmə ləğv edilə bilər

Summativ qiymətləndirmə ləğv edilə bilər
19 Fevral 2018 - 23:23

Orta məktəblərdə summativ qiymətləndirmə ləğv edilə bilər.

ONN media bildirir ki, məktəblilərin və valideynlərin arzuları reallaşa bilər. 1-ci sinif şagirdləri ücün summativ qiymətləndirmə ümümiyyətlə ləğv edilə, digər siniflərdə isə dəyişikliklər edilə bilər.

Təhsil Nazirliyinin bu addımının məqsədi şagirdlərin dərs və imtahan yükünü azaltmaqdır.

Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayevin sözlərinə görə, yenilik qiymətləndirmənin daha dəqiq aparılmasına kömək edəcək.

Hazırkı layihəyə görə, gün ərzində 3-dən çox summativ olmamalıdır. Həmçinin, kiçik summativ qiymətləndirilmənin keçirilmə müddətinin 45 dəqiqə olması təklif edilib. Layihə aidiyyəti dövlət qurumlarına təqdim edilib və razılaşdırma mərhələsindədir. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png