ONN İnformasiya Agentliyi

“Nokia 9” flaqman smartfonu təqdimata hazırdır

“Nokia 9” flaqman smartfonu təqdimata hazırdır
20 Fevral 2018 - 15:25

İnternetdə yeni "Nokia 9” flaqman smartfonunun fotoları yayılıb.

ONN media xəbər verir ki, Cihazın rəsmi təqdimatı Barselonada təşkil olunan "MWC 2018” sərgisi çərçivəsində, fevralın 25-də keçiriləcək. Smartfon ikili ön və arxa kamera ilə təchiz olunub. Ön kamera 13 meqapiksel, arxa kamera 5 meqapikseldir. Displeyin diaqonalı 5,5 düymdür, ekranın küncləri mailidir. Cihazın nazik çərçivəsi var. Barmaq izi skaneri arxa paneldə yerləşdirilib. Smartfon "Qualcomm Snapdragon 845” prosessoru və "Android 8.0 Oreo” əməliyyat sistemi ilə işləyəcək. Operativ yaddaş 6-8 Gb, daxili yaddaş 64-128 Gb olacaq. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png