ONN İnformasiya Agentliyi

Hüquq fakültəsində yeni ixtisaslaşmalar yaradıldı

Hüquq fakültəsində yeni ixtisaslaşmalar yaradıldı
23 Fevral 2018 - 16:34

Bakı Dövlət Universiteti hüquq fakültəsinin magistratura səviyyəsinə yeni ixtisaslaşmalar yaradılıb.

Universitetin Mətbuat və informasiya şöbəsindən ONN media-ya verilən məlumata görə, bunlar əqli mülkiyyət hüququ, tibbi hüquq, əmək və sosial təminat hüququ, inzbati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ, idman hüququ, turizm hüququ ixtisaslaşmalarıdır.

Qeyd edək ki, hüquq fakültəsinin magistratura səviyyəsində tədris Azərbaycan, rus, ingilis və alman dillərində aparılır. İndiyədək 11 ixtisaslaşma üzrə kadr hazırlığı aparılan fakültədə yeni tədris ilindən qəbul 17 ixtisaslaşma üzrə aparılacaq.

Yeni ixtisaslaşmalar barədə Nazirlər Kabineti 19 fevral 2018-ci il tarixli qərar qəbul edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png