ONN İnformasiya Agentliyi

Bakı şəhərinin rəsmi şəhər kartı yaradılacaq

Bakı şəhərinin rəsmi şəhər kartı yaradılacaq
28 Fevral 2018 - 11:46

Bu gün Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və "PASHA Travel" şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartını yaratmaq məqsədilə memorandum imzalanıb.

ONN media APA-ya istinadən xəbər verir ki, Memorandumu Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev, Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov və “PASHA Travel” şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Sengstschmid imzalayıb.

M. Abbasov bildirib ki, BNA bu layihəni dəstəkləyir. "Çalışırıq ki, Agentlik hansı islahatlar aparıbsa, bundan sonra da həmin işlər davam etdirilsin. Yarandığı gündən Nəqliyyat Agentliyi Azərbaycan prezidenti İlham Əliyevin tapşırıqlarını layiqincə həyata keçirir, infrastruktur sahəsində islahatlar aparır. Nəqliyyatda nağdsız ödəniş sisteminə keçilib. Hazırda Bakıda 22 marşrut xətti üzrə 540 avtobusda "Bakı Kart" vasitəsilə nağdsız ödəniş həyata keçirilir".

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png