ONN İnformasiya Agentliyi

Kart sisteminə keçəcək avtobusların sayı açıqlandı

Kart sisteminə keçəcək avtobusların sayı açıqlandı
28 Fevral 2018 - 13:06

2018-ci ildə 700-dən çox nəqliyyat vasitəsi kart sisteminə keçəcək.

ONN media xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov deyib.

Onun sözlərinə görə, ödəniş sistemində vahid karta keçid ictimai nəqliyyat sahəsində şəffaflığı şəffaflığı ortaya çıxarıb. “Kart sistemi, nağdsız ödəniş sistemi artıq təcrübədə sınaqdan çıxıb. Biz Agentlik olaraq çalışırıq ki, əhatə dairəmizi genişləndirək. Bu sistem sürücü məsuliyyətini artır, sərnişinlə ünsiyyət olmur. Sürücünün məsuliyyəti daha çox olur. Sürücü artıq planla işləmir, dayanacaqdan kənar saxlamır, sərnişinlərə qarşı kobudluq etmir,” – deyə M. Abbasov bildirib.

M. Abbasov əlavə edib ki, fəaliyyəti dövründə BNA 50-dən çox yeni nəqliyyat vasitəsi gətirib: “Mindən çox nəqliyyat vasitəsi əsaslı təmir olunub. Hal-hazırda dövlət tərəfindən 300-dən çox yeni nəqliyyat vasitəsi gətirilməsi planlaşdırılır. Bu sahədə işləri davam etdiririk”.

 

 

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png