ONN İnformasiya Agentliyi

Afrində zərərsizləşdirilən terrorçuların sayı 3300 oldu

Afrində zərərsizləşdirilən terrorçuların sayı 3300 oldu
11 Mart 2018 - 14:49

Bu günə Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatında 3300 terrorçu zərərsizləşdirilib.

ONN media-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Türkiyə prezidenti "Zeytun budağı" əməliyyatının uğurla davam etdiyini vurğulayıb.

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png