ONN İnformasiya Agentliyi

Göygöldə ana həyatını itirib

Göygöldə ana həyatını itirib
17 Mart 2018 - 23:00

Göygöldə qeysəriyyə yolu ilə uşaq dünyaya gətirən ana ölüb.

ONN media APA-ya istinadən xəbər verir ki,  rayonun Şəhriyar kənd sakini 1976-cı il təvəllüdlü Abdullayeva Ofelya Cəlal qızı martın 15-də rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan sonra vəziyyəti pisləşən qadın reanimasiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardımlar göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, bu qadının dünyaya gətirdiyi üçüncü övlad olub. Yeni dünyaya gələn oğlan uşağının vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png