"The Beer Wall” barı Belçikada yerləşir və ölkə hüdudlarından da kənardadır. Ancaq turistlərin pivə bokallarını oğurlaması barın sahibini təngə gətirib.
ONN media Sfera.az -a istinadən xəbər verir ki, biznesmen bunun qarşısını almaq üçün qeyri-adi yola əl atıb. Bardakı hər bir pivə bokalına siqnalizasiya qoşulub. Barın ərazisini tərk edən kimi siqnalizasiya işə düşür.
Barın sahibi Filip Mays deyir ki, o bu addımı atmağa məcbur olub, çünki hər il barından turistlər 4 min bokal oğurlayır:
"İnsanlara pivə veririk, elə bilirlər ki, bokal da pivənin üstündə hədiyyə kimi verilir”.
Siqnalizasiya 4 min avroya baha başa gəlib.