ONN İnformasiya Agentliyi

Mən niyə yuxudan doymuram? SƏBƏBLƏR

Mən niyə yuxudan doymuram? SƏBƏBLƏR
20 Mart 2018 - 6:00

Müasir insanların bir çoxu yuxu problemlərindən əziyyət çəkir. "Çox yatıram, ancaq yuxudan doymuram…", "Səhər yorğun oluram…", "Nə qədər yatsam da, yenə də özümü yorğun hiss edirəm…"

Bəs bunun səbəbi nədədir?
Yuxu mütəxəssislərinin fikrinə görə, yuxudan doymamaq kimi problemin bir çox səbəbləri var.

ONN media sizə bu səbəbləri təqdim edir:
 

1. Yuxu apnoyesi (yuxu zamanı xoruldamaq).

Bu əsas problemlərdən biridir. Yuxu zamanı xoruldayan insanda nəfəs yolları bağlanır ki, beyin bu zaman "oyan" siqnal verir. İnsan bir neçə saniyəlik oyanır və yenə yuxuya gedir. Əksər hallarda insan bunu hiss etmir və bu hal gecə ərzində 100 dəfə və hətta bundan artıq da təkrarlana bilər. Nəticədə beyin normal dincələ bilmir və insan səhər özünü "səbəbsiz olaraq" yorğun və yuxulu hiss edir.

Yuxu apnoyesi çox ciddi pozulma sayılır və yuxu zamanı ölümün riskini artırır. 

2. Yatmazdan əvvəl gəcetlərdən istifadə etmək.

Bu insan orqanizminin bioloji ritmlərini pozur və nəticədə insan çətinliklə yuxuya gedir.

3. Yatmazdan əvvəl çay, qəhvə və digər tərkibində kofein olan içkiləri içmək.

4. Şam yeməyinin gec olması.

Bu da əsas səbəblərdən biridir. Son qida qəbulu yatmazdan 1-2 saat əvvəl olmalıdır.

Lakin nəzərə alın ki, aclıq da yaxşı yuxunun düşmənidir.

5. Günorta saatlarında yatmaq vərdişi. 

Həkimlər günorta yuxunu faydalı hesab edir. Lakin bu yuxu 40 dəqiqədən artıq davam etməməlidir.

6. Yuxunun az olması.

Alimlərin fikrinə görə, yuxu müddəti hər bir insan üçün fərqlidir. Belə ki, bir insan üçün 4 saat gecə yuxusu kifayət edirsə, digəri üçün 8, hətta 10 saat lazımdır. Yuxudan doymursunuzsa, daha tez yatmağa çalışın.

Ümumiyyətlə həkimlər 22.00-23.00 radələrində yuxuya getməyi tövsiyə edirlər.

7. Gərginlik.

Stress, gərginlik də yaxşı yuxunun düşmənlərindəndir. Stressi atmağa öyrənin. Bu işdə yoqa, meditasiya, yatmazdan əvvəl açıq havada gəzinti kömək edə bilər. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png