ONN İnformasiya Agentliyi

Falçılara inanan prezident həbs edildi

Falçılara inanan prezident həbs edildi
06 Aprel 2018 - 15:02

Seul Məhkəməsi Cənubi Koreyanın sabiq prezidenti Pak Kın Xeni 24 il müddətinə azadlıqdan məhrum edib.

ONN media xəbər verir ki, məhkəmə prosesi telekanallarda canlı yayımlanıb.

Sabiq prezidentə rüşvətxorluq, vəzifə səlahiyyətlərini aşma və dövlət sirrini yayma maddələri də daxil olmaqla, ümumilikdə, 18 maddə üzrə ittiham irəli sürülüb.

Xatırladaq ki, 2016-cı ilin payızında Cənubi Koreyada korrupsiya qalmaqalı baş verib. Aydın olub ki, prezident ətrafına falçıları və gizli sekta üzvlərini yığıb. Onlar dövlət sirri olan materiallara çıxış əldə ediblər, həm də siyasi kursa təsir imkanları olub.

Rüşvət məsələsində ən çox Çxve Sun Sil adlı falçının adı hallanıb. İstintaq müəyyən edib ki, o prezidentin adından sui-istifadə edib. 65,6 milyon dollarlıq korrupsiya işində əsas fiqurantlardan biri də odur.

Qalmaqaldan sonra Pak Kın Xe hakimiyyətdən kənarlaşdırılıb. 2017-ci ildə isə həbs edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png