ONN İnformasiya Agentliyi

ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib

ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
06 Aprel 2018 - 17:57

ABŞ höküməti Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

ONN media xəbər verir ki, ABŞ-ın Maliyyə Nazirliyinin yaydığı məlumata görə, sanksiya siyahısına Rusiyanın daha 38 iş adamının, rəsmi şəxsinin və şirkətinin adı əlavə edilib.

Siyahıya Oleq Deripaska, Süleyman Kərimov, Kirill Şamalov və Viktor Vekselberqin adlarının daxil olduğu məlumdur. Məhdudiyyətlərlə üzləşənlər arasında Miller, Patruşev, Kostin, Jarov, Zolotov da var.

Ümumilikdə siyahıya 7 rusiyalı iş adamı, 12 şirkət, eləcə də 17 məmur daxildir.

Şirkətlərdən “Rosoboroneksport”, “EN+ Group”, “Renova” və “Qazprom Qazma” siyahıda yer alıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png