ONN İnformasiya Agentliyi

“Kurtlar Vadisi Afrin” gəlir? – Ərdoğanla “Polad Ələmdar” arasında dialoq – VİDEO

“Kurtlar Vadisi Afrin” gəlir? – Ərdoğanla “Polad Ələmdar” arasında dialoq – VİDEO
06 Aprel 2018 - 21:46

Yəqin xatırlayırsınız, bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi geyimdə Suriya sərhədinə ən yaxın məntəqə olan Oğulpınar Sərhəd Nəzarət Buraxılış Məntəqəsinə səfər etmişdi.

ONN media Virtualaz.org-a istinadən xəbər verir ki, Səfərdə şou-biznesin və idman aləminin məşhur simaları prezidenti tək qoymayıblar.

“Kurtlar Vadisi” serialının baş qəhrəmanı Necati Şaşmaz (Polat Ələmdar) da həmin sənətçilər arasında olub.

Görüşdə Müdafiə Nazirliyinin Baş Qəragah rəisi Hulusi Akar, Ərdoğan və Necati Şaşmaz arasında maraqlı dialoq keçib.

H.Akar “Kurtlar Vadisi Afrin” serialının çəkilməsini təklif edib. Aktyor “Ola bilər, əfəndim, məncə, çox yaxşı fikirdir”, – deyə cavab verib.

Ərdoğan isə dialoqa “Polat İdlibə də girə bilər yəni” sözləri ilə qoşulub. N.Şaşmaz prezidentin bu sözlərini “Baş komandirim əmr edərsə, anında” cümləsi ilə cavablandırıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png