ONN İnformasiya Agentliyi

Səudiyyə Ərəbistanı Qətəri ada ölkəsinə çevirəcək

Səudiyyə Ərəbistanı Qətəri ada ölkəsinə çevirəcək
07 Aprel 2018 - 10:59

Səudiyyə Ərəbistanı Qətərlə olan sərhədindən eni 200 metr, dərinliyi 20 metr, uzunluğu 60 km olan  kanal çəkməklə öz məqsədinə nail olmaq istəyir.

ONN media “Sabq” qəzetinə istinadən xəbər verir ki, Qətəri ada ölkəsinə çevirmək üçün Səudiyyə Ərəbistanı Fars körfəzindəki Salva liman şəhərindən kanal çəkməklə bunu edəcək. Çəkiləcək yeni kanalda bütün növ gəmilər üzə biləcək.

Bu layihənin reallaşmasında 9 şirkət iştirak edəcək və kanalın çəkilişinə 2,8 mlrd. Səudiyyə rialı ayrılacaq. Layihənin 12 ay müddətinə bitirlməsi nəzərdə tutulur.

Kanal Qətər sərhədindən bir kilometr kənardan çəkiləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png