ONN İnformasiya Agentliyi

Suriyada münaqişə-ÖLƏNLƏR VAR

Suriyada münaqişə-ÖLƏNLƏR VAR
09 Aprel 2018 - 11:56

ONN media  Suriya mediasına istinadla bildirir ki, orada aerodroma zərbələr olub. Belə ki, bu hücum nəticəsində 14 nəfərin həyatını itirdiyi, çoxsayda insanın xəsarət aldığı bildirilir. 

Dövlət mediası bu hadisə ilə bağlı fövqəladə vəziyyət elan edib. 
Hücum bazar ertəsi günü  Homs şəhərinin yaxınlığında T4 olaraq bilinən Tiyas hərbi bazasında olub. Xəbərə görə, hava bazası yaxınlığında şiddətli partlayış səsləri eşidilib, ölən və yaralananlar var. Suriya qüvvələri hücuma qarşılıq verib.

lSuriya əvvəlcə bu məsələdə Qərbin əli olduğunu bildirib. ABŞ və Fransa sözügedən hücumla əlaqələrinin olmadığını söylədilər. Lakin hal-hazırda şübhəli qismində İsrail dayanıb. Çünki bundan əvvəldə dəfələrlə İsrail Suriyaya zərbələr endirib. ABŞ prezidenti isə bu hadisə ilə bağlı narazılığını bildirərək bu işdə əli olanları qınayıb. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriyada baş verən və 78 nəfərin həyatını itirməsinə səbəb olan kimyəvi hücumdan sonra sərt bəyanatlar vermişdi. Tramp açıqlamasında Əsədin bunun əvəzini ağır ödəyəcəyini bildirmişdi.

 

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png