ONN İnformasiya Agentliyi

“Wİ-Fİ”nın ZƏRƏRLƏRİ

“Wİ-Fİ”nın ZƏRƏRLƏRİ
18 May 2018 - 14:29

Danimarkalı məktəblilər simsiz internet xəttinin və mobil telefonların canlı orqanizmə təsirini araşdırıblar.

ONN media xəbər verir ki, tədqiqatçılar bioloq və radioloqları maraqlandırıb.

Məktəbdə keçirilən dərslərə qarşı diqqətsizlik şagirdləri belə bir araşdırma aparmağa sövq edib. Məlum olub ki, qızlar mobil telefonla yatırlar.

Təcrüb üçün 12 tabağa 400 toxum və kahı yerləşdirilib. Bu tabaqlar altı-altı olmaqla iki otağa qoyulub. Toxumlara eyni miqdarda su və işıq verilib. Digər otaqda isə “Wİ-Fİ” quraşdırılıb. 12 gün sonra isə təcrübənin nəticələri alimləri və şagirdləri şoka salıb. “Wİ-Fİ” ruter olan otaqda toxumlar digər otaqdakına nisbətən daha pis inkişaf edib. Bəziləri isə tələf olub.

Bu tədqiqatdan sonra məktəblilər kompüter və mobil telefonu başqa otağa qoyub yatmağa başlayıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png