ONN İnformasiya Agentliyi

“Fənərbaxça”nın baş məşqçi istefa verdi

“Fənərbaxça”nın baş məşqçi istefa verdi
21 May 2018 - 19:15

"Fənərbaxça"nın baş məşqçi Aykut Kocaman istefa verib.

ONN media xəbər verir ki, 53 yaşlı mütəxəssis qərarını "Konyaspor"a 3:2 hesabı ilə qalib gəldikləri Super Liqanın XXXIV tur matçının ardından futbolçulara açıqlayıb. O bildirib ki, növbəti mövsüm komandada qalıb-qalmayacağı qeyri-müəyyəndir.

Kocaman qərarını bu həftə kluba təqdim edəcək. Yeni rəhbərlik onunla yola davam etmək istəsə, o, işini davam etdirəcək.

Qeyd edək ki, Aykut Kocaman "Fənərbaxça"da ilk dəfə 2010-2013-cü illərdə baş məşqçi olub. O, ikinci dəfə 2017-ci ilin iyununda komandanın sükanı arxasına keçib. Kocamanın rəhbərliyi altında "Fənərbaxça" çempionatı gümüş medalla başa vuraraq, Çempionlar Liqasına vəsiqə qazanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png