ONN İnformasiya Agentliyi

Avropanın nüfuzlu telekanalı Duzdağ mağarası barədə sujet hazırladı – VİDEO

Avropanın nüfuzlu telekanalı Duzdağ mağarası barədə sujet hazırladı – VİDEO
22 May 2018 - 22:10

Avropanın nüfuzlu "Yevronyuz"telekanalı Naxçıvan Muxtar Respublikasındakı Duzdağ mağarası barədə sujet hazırlayıb.

ONN media xəbər verir ki, sujetdə mağaranın müalicəvi əhəmiyyəti vurğulanıb. Burda yaradılan şəraitdən söz açılıb. Müəllif qeyd edib ki, yerin 180 metr dərinliyində yerləşən müalicə mərkəzi bronxial astma xəstələri və nəfəs sistemində problemləri olan insanlar üçün şəfa mənbəyidir. Duzdağda müalicə alan xəstələrin 90 faizi sağlamlığına qovuşur. Nəticə əldə etmək üçün mağarada azı 5 saat qalmaq lazımdır.

Sujetdə qeyd olunur ki, Duzdağa təkcə müalicə almaq üçün deyil, dincəlmək üçün gələnlər də var. Burda zaman keçirmək insanların gənc və gümrah qalmasına səbəb olur. Müəllifin sözlərinə görə, Duzdağ mərkəzinin başqa faydalı cəhəti onun rahat yuxu bəxş etməsidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png