ONN İnformasiya Agentliyi

“Çelsi”nin baş məşqçisi getmək fikrində deyil

“Çelsi”nin baş məşqçisi getmək fikrində deyil
24 May 2018 - 4:30

"Çelsi”nin baş məşqçisi Antonio Konte klubdan getmək fikrində deyil.

ONN media bildirir ki, italiyalı mütəxəssis öz istəyi xaricində, yalnız təzminat ödənilmək şərti ilə göndərilə bilər.

Kontenin "Çelsi” ilə müqavilə müddətinin bitməsinə 1 il qalıb. Rəhbərlik onu göndərmək qərarına gələcəyi təqdirdə 9 milyon funt sterlinq təzminat ödəməli olacaq.

Qeyd edək ki, "Barselona”nın sabiq çalışdırıcısı Luis Enrike və Mauritsio Sarrinin ("Napoli”) adı "Çelsi” ilə yanaşı çəkilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png