ONN İnformasiya Agentliyi

Futbol Federasiyasının prezidenti həbs olunub

Futbol Federasiyasının prezidenti həbs olunub
24 May 2018 - 14:29

Qana Futbol Federasiyasının prezidenti Kvesi Nyantaki həbs olunub.

ONN media “Associated Press”ə istinadən xəbər verir ki, milli asossiasiyanın rəhbəri ölkəsinə gedərkən hava limanında saxlanılıb.

Daha əvvəl Qana prezidenti Nana Akufo-Addo K.Nyantakini dələduzluqda ittiham edərək, hüquq-mühafizə orqanlarını onun barəsində araşdırma aparmağa çağırmışdı. Məlumata görə, K.Nyantakinin Qana prezidenti və digər yüksək vəzifəli məmurların adından istifadə edərək, rüşvət almasını əks etdirən video-görüntülər var. Həmin görüntülər iyunun 6-da Qana futbolundakı korrupsiya halları ilə bağlı efirə gedəcək sənədli filmdə yer alacaq.

Qeyd edək ki, 2005-ci ildən Qana Futbol Federasiyasının prezidenti olan Kvesi Nyantaki FIFA Şurasının üzvüdür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png