ONN İnformasiya Agentliyi

Suya düşmüş telefonu necə xilas etmək olar?

Suya düşmüş telefonu necə xilas etmək olar?
31 May 2018 - 23:12

Telefonunuz islandığında, ya da hovuz, ya da dənizə düşəndə lazım olan addımları izah edirik.

Demək olar ki, hər kəsin bir dəfə başına gəlmişdir: telefonunuzu suya salmaq ya da üzərinə su tökmək.

ONN media xəbər verir ki, telefonunuzu nə qədər sürətli xilas etsəniz o qədər yaxşıdır. Xüsusilə dəniz ya da hovuz kimi yerlərə telefonunuz düşdüsə batareya və qulaqlıq dəliyi kimi yerlərdən çox asan içinə su ala bilər. Bunun qabağına keçmək üçün ilk müdaxilə çox əhəmiyyətlidir.

Suyun içindən anında çıxardığınız telefonlar, ehtimalla çox da zərər görməyəcək. Ancaq ilk edəcəyiniz iş batareyanın çıxarılmasıdır. Qurulaya biləcəyiniz bir dəsmal ilə cihazınızın ətrafını təmizləməyə başlaya bilərsiniz.

Telefonunuzu sudan çıxaran kimi ilk edəcəyiniz digər bir şey isə cihazdakı qapağı və batareyanı çıxarmaq və hamısını bir dəsmal köməyilə qurutmaqdır. Bunu etibarlı bir şəkildə etmək istəyirsinizsə bir mütəxəssislə məsləhətləşə bilərsiniz. Əgər telefonunuzun içi də islanıbsa, bu elektiriklənməyə səbəb ola bilər. Buna görə dəsmal kimi keçirici olmayan şeylərlə telefonunuza toxunmaq olduqca məntiqli bir hərəkətdir. Əgər telefonun arxa tərəfi açılırsa ilk olaraq batareyanı çıxarmaq lazımdır. Daha sonra sim kartınızı çıxarın.

Telefonunuzu qətiyyən fenlə qurutmayın, bunun yerinə bir əl süpürgəsi ya da tozsoranın ucunu istifadə edə bilərsiniz. Çünki fen olduqca güclü bir maşın olduğu üçün cihazınıza zərər verə bilər. Tozsoranı 3 dəqiqə arxa qisimdə tutmanız kifayətdir. Ancaq bunu edərkən də diqqətli olun çünki statik elektiriklənmə də heç də xoş bir təcrübə deyil.

Üzərindən 24 saat keçdikdən sonra cihazınızın açılıb açılmadığını sınayın. Sonra isə batareyanın işləyib işləmədiyinə nəzarət etmək üçün telefonunuzu batareyaya taxa bilərsiniz. Əgər telefonunuz açılmasına baxmayaraq enerji yığmırsa, batareyanız xarab olmuş deməkdir, buna görə batareyanı yenisilə dəyişdirə bilərsiniz.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png