ONN İnformasiya Agentliyi

Əfqanıstan müharibəsində itkin düşən sovet pilotu illər sonra sağ tapıldı

Əfqanıstan müharibəsində itkin düşən sovet pilotu illər sonra sağ tapıldı
01 İyun 2018 - 13:35

1980-ci illərdə Əfqanıstanda vurulan və bu günə kimi itkin düşən sovet hərbi pilotunun sağ olduğu məlum olub.

ONN media xəbər verir ki, bu barədə Rusiya Desantçılar Şurasının rəhbəri Valeri Vostrotin məlumat yayıb. Onun sözlərinə görə, pilotun sağ qalması çox təəccüblüdür. 

Vostrotin hazırda pilotun ölkəsinə gətirilməsi üçün maddi, inzibati və diplomatik yardıma ehtiyac olduğunu əlavə edib. Pilotun adı və soyadı isə konfidensiallıq baxımından açıqlanmır.

Qeyd edək ki, 1979-1989-cu illərdə Əfqanıstanda sovet hərbi-hava qüvvələrinə məxsus 125 döyüş təyyarəsi vurulub. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png