ONN İnformasiya Agentliyi

Şagirdlərin NƏZƏRİNƏ!

Şagirdlərin NƏZƏRİNƏ!
02 İyun 2018 - 19:34

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, buraxılış imtahanı məktəbin yerləşdiyi şəhər və rayondan asılı olaraq 3 fərqli gündə keçiriləcək.

Azərbaycanda 9-cu və 11-ci siniflərin şagirdləri 3 fərqli gündə buraxılış imtahanı verəcəklər.

Dövlət İmtahan Mərkəzindən ONN media -ya verilən məlumata görə, imtahan Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasında iyunun 21-də keçiriləcək.

Digər bölgələr üzrə isə imtahanlar iyunun 27-si və iyulun 3-də təşkil ediləcək.

Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran məktəbliləri üçün imtahan günü iyunun 27-sidir.

Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı şagirdləri isə iyulun 3-də imtahan verəcəklər.

Əvvəlki illərin məzunları və eksternat – sərbəst təhsil alanlar isə iyulun 10-da öz biliklərini sınaya biləcəklər.

Dövlət İmtahan Mərkəzi bildirir ki, məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) uyğun qrafikə görə verəcəklər.

Heydər Əliyev və C.Naxçıvanski adına hərbi liseylərin şagirdləri üçün imtahan iyunun 21-də olacaq.

Bakıda yerləşən internat təhsil müəssisələrinin, tədrisi ingilis dilində olan, Çilov adasındakı, cəzaçəkmə müəssisələrindəki məktəblərin şagirdləri üçün iyulun 3-də imtahan olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png