ONN İnformasiya Agentliyi

Türkiyədə Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyənetmə idman növü üzrə kubok yarışı keçirilib

Türkiyədə Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyənetmə idman növü üzrə kubok yarışı keçirilib
04 İyun 2018 - 15:39

Səmti Müəyyənetmə İdman Federasiyasının mətbuat xidmətindən ONN media-ya bildirilib ki, iyun ayının 2-si Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının və Türkiyənin Oryentirinq Federasiyasının birgə təşkilatçılığı ilə Ankarada səmti müəyyənetmə idman növü üzrə Heydər Əliyev Kuboku yarışı keçirilib.

Yarış iştirakçıları əvvəlcə Ankaradakı Heydər Əliyev Parkına gələrək Ulu Öndərimizin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Sonra iştirakçılar Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün uyuduğu “Anıtqəbir”i ziyarət ediblər.

Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov, federasiyanın vitse-prezidenti Pərvin Şərifov, Türkiyənin Oryentirinq Federasiyasının prezidenti Hacer Akyuz çıxış edərək yarışın əhəmiyyətini yüksək qiymətləndirib, iştirakçılara uğurlar arzulayıblar. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətinin bütün dövrlərində idmanın inkişafına böyük diqqət və qayğı göstərib. Ölkəmizin idman ictimaiyyəti Ulu Öndərimizin əziz xatirəsini həmişə ehtiramla yad edir. Qardaş ölkədə Ümummilli Liderimizin xatirəsinə həsr olunan bu yarış da bunun bariz nümunəsidir.

Daha sonra müxtəlif kateqoriyalarda sprint məsafəsi üzrə yarışa start verilib. İdmançılarımızdan Xəyyam Məmmədov və Rəna Abaszadə öz kateqoriyalarında bütün rəqiblərini qabaqlayaraq finiş xəttinə birinci çatıblar. Digər idmançılarımıza gəldikdə isə Sevda Verdiyeva öz kateqoriyasında 5-ci, Süleyman Əliyev isə 7-ci olublar.

Sonda Azərbaycanın Ankaradakı səfirliyinin də fəal dəstək verdiyi yarışın qalibləri mükafatlandırılıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Türkiyədə Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyənetmə idman növü üzrə kubok yarışı keçirilib
Türkiyədə Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyənetmə idman növü üzrə kubok yarışı keçirilib
Türkiyədə Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyənetmə idman növü üzrə kubok yarışı keçirilib
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png