ONN İnformasiya Agentliyi

Neymar addım-addım “Real”da – Futbolçulardan “səni gözləyirik” mesajı

Neymar addım-addım “Real”da – Futbolçulardan “səni gözləyirik” mesajı
05 İyun 2018 - 12:30

ONN media xəbər verir ki, uzun müddətdir adı "Real Madrid”lə birgə çəkilən PSJ-nin ulduzu Neymar İspaniya mətbuatında yenidən gündəmə gəlib.

"Real”lı oyunçuların Neymar transferinə müsbət baxdığı bildirilib.

Dünya Çempionatından öncə Xorvatiya ilə Braziliya arasında keçirilən yoldaşlıq oyununda "Real”ın ulduzu Luka Modriçin Neymara dediyi söz də transfer iddialarına duz-bibər olub. Belə ki, oyunçular bir-birilərilə formalarını dəyişib və bu sırada Modriç Neymara "səni gözləyirik” deyib.

Bundan başqa, Serxio Ramos, Karvahal, Kasemiro, Rafael Varanın da zaman-zaman verdiyi mesajlar Neymar transferinin bu yay gerçəkləşcəyinin işarələri olub.

Baş məşqçi Zinəddin Zidanın klubdan ayrılma səbəblərindən biri kimi göstərilən Neymar üçün 300 milyon avro ödəniləcəyi də paylaşılan məlumatlar arasındadır.

Digər tərəfdən, braziliyalı ulduzun Paris komandasında xoşbəxt olmadığı meneceri və atasə tərəfindən təsdiqlənib.

Qeyd edək ki, "Real Madrid”in prezidenti Fiorentino Perez Neymarı hələ Santos Futbol Akademiyasında ikən izləməyə başlayıb. Lakin o dövrdə hazırkı potensialı olmadığı üçün onu almayıb.

"Real”dan ayrılacağı deyilən Kriştiano Ronaldo isə Neymarın transferi haqqında komanda yoldaşlarına "hər zaman birinin gələcəyi haqqında danışırlar, amma heç kim gəlmir” sözlərini deyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png