ONN İnformasiya Agentliyi

Ronaldo üçün inanılmaz təklif

Ronaldo üçün inanılmaz təklif
07 İyun 2018 - 22:51

Dünya çempionatından sonra “Real”dan ayrılacağı bildirilən Kriştianu Ronaldonun adı sabiq komandası “Mançester Yunayted”lə hallanır.

ONN media  xəbər verir ki, baş məşqçi Joze Mourinyonun israrla Ronaldonu heyətdə görmək istədiyi bildirilir.

“Daily Star” nəşri Mourinyonun Pol Poqbanın Ronaldonun transferində “Real”a təklif edilməsinə razılıq verdiyini yazıb. Hazırda “Mançester Yunayted”in “Real”a 132 milyon avro + Poqba təklifini etməyə hazırlaşdığı qeyd edilir.

Xatırladaq ki, 33 yaşlı Ronaldo “Real”la 2012-ci ildə bitəcək müqaviləsini daha 3 il uzatmaq üçün illik 80 milyon avro maaş tələb edib. “Real” rəhbərliyi isə bu şərtə müsbət yanaşmayıb. O, hazırda illik 21 milyon avro maaş alır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png