ONN İnformasiya Agentliyi

Bakıda dünya çempionatı təxirə salındı – SƏBƏB

Bakıda dünya çempionatı təxirə salındı – SƏBƏB
08 İyun 2018 - 20:17

Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatına hava şəraiti mane olub.

ONN media xəbər verir ki, bu gün Elit və Gənclər kateqoriyası üzrə keçirilməsi nəzərdə tutulmuş təsnifat mərhələsi yarışları təxirə salınıb.

Buna səbəb Bakıda əlverişsiz hava şəraitinin hökm sürməsidir. Həmin yarışın sabah saat neçədə keçiriləcəyinə yaxın müddətdə qərar veriləcək.

Qeyd edək ki, bugünkü yarışların saat 20:30-da keçirilməsi planlaşdırılmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png