ONN İnformasiya Agentliyi

“Sumqayıt”dan daha bir futbolçu getdi

“Sumqayıt”dan daha bir futbolçu getdi
09 İyun 2018 - 14:24

ONN media xəbər verir ki, "Sumqayıt" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Klubdan  verilən məlumata görə, yarımmüdafiəçi Elnur Abdullayevin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Əvəzində qapıçı Mehdi Cənnətovla müqavilənin müddətini uzatmaqla bağlı ortaq məxrəcə gəlinib.

“Qarabağ”dan ayrılan Əfran İsmayıov və “Qəbələ”ni tərk edən Elvin Məmmədovla da ilkin razılıq əldə edilib. Qəbələ təmsilçisinin müdafiəçisi Yusif Nəbiyevin də yenidən icarə əsasında “Sumqayıt”ın formasını geyinəcəyi gözlənilir.

Qeyd edək ki, “Sumqayıt” yay fasiləsində Rail Məlikov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə və Cavid Tağıyevin müqaviləsinin müddətini uzadıb. Əvəzində Amil Yunanov, Kamal Mirzəyev, Azər Salahlı, Vüqar Bəybalayev, Rəşad Eyubov və Tural Axundov klubu tərk edub. Bəhlul Mustafazadə müqavilə ilə məxsus olduğu “Qəbələ”yə döndüyü halda, Fərhad Vəliyev karyerasını başa vurub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png