ONN İnformasiya Agentliyi

Şehiçin hansı klubda oynayacağı bəlli oldu

Şehiçin hansı klubda oynayacağı bəlli oldu
09 İyun 2018 - 16:32

Ağdamın “Qarabağ” klubundan ayrılan qapıçı İbrahim Şehiçin yeni komandası müəyyənləşib.

ONN media xəbər verir ki, qolkiperin karyerasını Türkiyədə davam etdirəcəyi artıq dəqiqdir.

Bosniyalı qolkiper  “Ərzurumspor”un şərəfini qoruyacaq. Yeni mövsümdə Superliqada mübarizə aparacaq Ərzurum klubu Şehiçin bu keçidə ilkin razılığını alıb. Onun qarşıdakı günlərdə şəhərə gələrək, münasibətləri rəsmiləşdirməsi gözlənilir.

Bundan əvvəl Şehicin “Parma” klubuna keçə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png