ONN İnformasiya Agentliyi

“Real Madrid”dən Ronaldoya yeni müqavilə təklifi

“Real Madrid”dən Ronaldoya yeni müqavilə təklifi
09 İyun 2018 - 23:14

İspaniya futbol klubu "Real Madrid" portuqaliyalı hücumçu Kriştianu Ronaldoya yeni müqavilə təklif edib.

ONN media xəbər verir ki, yeni müqavilədə hücumçunun maaşı 32,5 milyon avro həcmində nəzərdə tutulub.

Portuqaliyanın baza maaşı 25 milyon avrodur. Bununla, "Real" futbolçuya mükafatlar ödəməyə də hazırdır: Çempionlar Liqasında qələbəyə görə – 2 milyon avro, İspaniya Çempionatında qələbəyə görə – 1,5 milyon avro, 1 milyon avro – futbolçu "Qızıl top"u aldığı təqdirdə və İspaniya kubokua görə – 1 milyon avro.

Qeyd olunur ki, müqavilədə nəzərdə tutulan oyunçunun transfer qiyməti 1 milyard avro həcmindədir. "Mundo Deportivo"nun məlumatına görə, Ronaldo, onun maaşı 40 milyon avroya qaldırılmadığı halda, klubdan kənarlaşmağı planlaşdırır.

Xatırladaq ki, "Real Madrid" 2017/18 mövsümündə Çempionlar Liqasının qalibi olub. Portuqaliyalı hücumçu klubun heyətində 44 oyun keçirib, 44 qol vurub və 8 məhsuldar ötürmə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png