ONN İnformasiya Agentliyi

“Ən çətin rəqib bizə düşdü” – Qurbanov

“Ən çətin rəqib bizə düşdü” – Qurbanov
19 İyun 2018 - 17:32

Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya bir pley-off matçı kimi meydana çıxacağıq. 

ONN media xəbər verir ki, bu bəyanatı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA-nın keçirdiyi püşkatmadan sonra səsləndirib.

Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində ağdamlıların rəqibi olacaq Sloveniya “Olimpiya”sı haqqında öz fikirlərini bölüşüb

46 yaşlı mütəxəssis artıq bu gündən Lyublyana komandasının oyun üslubunu təhlil etməyə başlayacaqlarını açıqlayıb:

“Oyuna qədər maksimum hazır olmağa və mərhələ adlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png