ONN İnformasiya Agentliyi

İranlı aktivisti saxladılar – RUSYADA

İranlı aktivisti saxladılar – RUSYADA
25 İyun 2018 - 14:26

ONN media xəbər verir ki, İranlı fəal Məryəm Qaşqay Rusyada keçirilən dünya çempionatı 2018 çərçivəsində Kazan şəhərində yerli polis tərəfindən saxlanılıb.

Bu insindent Kazanda İspaniya ilə İran matçından əvvəl baş verib və səbəb kimi, Məryəm Qaşqayın öz ölkələrində qadınların stadiona buraxılmasını tələb etməsi idi.

Məryəm Qaşqayın verdiyi açıqlamaya görə rəsmi icazəsi olmasına baxmayaraq onu iki saata yaxın polis saxlamış və mövcud plakatın qaldırılmamasını tələb etmişdir. Aktivist polisin tələbini yerinə yetirdikdən sonra stadiona buraxılmış və matçın ikinci taymına baxmaq imkanı əldə etmişdi.

FİFA isə insindenti  "Yerli polis tərəfindən anlaşılmaz" bir hal kimi dəyərləndirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png