ONN İnformasiya Agentliyi

“Youtube”dan YENİLİK

“Youtube”dan YENİLİK
30 İyul 2018 - 18:44

"Youtube" rəsmi olaraq şaquli formatda çəkilən görüntülərin yüklənməsini qəbul edəcək.

ONN media xəbər verir ki, "YouTube" komandası şaquli formatlı videoların populyarlığı ilə barışmalı olub. Əvvəlcə şaquli formatlı video dəstəyini mobil proqrama əlavə edən "YouTube" artıq videohostinqin veb versiyasını dəstəkləməyə başlayıb.

Hazırda "YouTube"un saytında şaquli formatlı video açdıqda görüntü avtomatik olaraq izlənilən qurğunun ölçülərinə uyğun dəyişir və pleyerin kənarlarında qara zolaqlar olmadan göstərilir.

Xatırladaq ki, yeni pleyer, həmçinin tərəflər nisbəti 16:9 olan videoları yaxşı göstərir: belə ki, pleyerdəki boş sahədən istifadə edilərək şəklin ölçüsü böyüdülür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png