ONN İnformasiya Agentliyi

Rusiya Azərbaycanla əməkdaşlıq layihəsini təsdiqləyib

Rusiya Azərbaycanla əməkdaşlıq layihəsini təsdiqləyib
02 Avqust 2018 - 11:15

Rusiya Federasiyası hökuməti Xəzəryanı ölkələrin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında saziş layihəsini təsdiqləyib.

ONN media xəbər verir ki, bu barədə Baş nazir Dmitri Medvedevin sərəncamında deyilir.

Sərəncamda Rusiya Nəqliyyat Nazirliyinə Rusiya Xarici İşlər Nazirliyinin iştirakı ilə Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan tərəfləri ilə danışıqlar aparmaq və razılaşmalar əsasında sazişlər bağlamaq üçün təlimat verilib.

Təqdimat qeydinə əsasən, gələcək razılaşmaların məqsədi Xəzər dənizi regionunun inkişaf etmiş infrastrukturlu və beynəlxalq daşınmalarda yüksək səviyyəli qarşılıqlı əlaqəli böyük beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi formalaşdırılması və inkişaf etdirilməsidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png