ONN İnformasiya Agentliyi

“Oskar-2019” namizədləri müəyyənləşdi

“Oskar-2019” namizədləri müəyyənləşdi
03 Avqust 2018 - 21:34

Amerikalı kino tənqidçiləri “Oskar-2019” mükafatına namizəd filmlərin siyahısını hazırlayıblar.

ONN media xəbər verir ki, tənqidçilərin əksəri aktyor Bred Kuperin rejissor kimi debüt etdiyi “Ulduz doğuldu” filmini əsas namizəd kimi göstəriblər. Bu filmə müğənni Ledi Qaqa çəkilib.

Siyahıda Demien Şazell və Rayan Qoslinqin “Ayda insan”, Yorqos Lantimos və Emma Stounun “Favorit qadın”, Con Berntalın “Dul qadınlar” filmləri ilə yanaşı “Yarışıqlı oğlan” filmi də var. Bu filmdə Timoti Şalame homoseksual obrazını yaradıb. Bundan başqa Mettyu Makkonaxinin “Ağ oğlan Riki” filmi, baş rol ifaçısı Melissa Makkarti olan “Məni bağışlaya bilərsinizmi?” filmi var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png