ONN İnformasiya Agentliyi

Türk qəhvəsinin yanında niyə su verilir?

Türk qəhvəsinin yanında niyə su verilir?
13 Avqust 2018 - 21:40

Bu günə qədər türk qəhvəsi masaya gətiriləndə yanında bir stəkan su olur. Bu su niyə lazımdır? Səbəb nədir?

ONN media türk qəhvəsinin su ilə içilməsinin səbəbini açıqlayır.

Böyrək daşlarının 75%-i oksalatdan yaranır. Bir çox qida ilə yanaşı qəhvənin də tərkibində oksalat var. Qəhvənin yanında verilən su qəhvə içərkən oksalatın orqanizmdən ifraz edilməsinə kömək edir

Qəhvəni su ilə içməklə yanaşı böyrək daşının qarşısını almaq üçün bu addımları atın.

Susayanda su ehtiyacını digər mayelər əvəzinə su ilə qarşılayın.

Duz və şəkər istifadəsini minimuma endirin.

Kifayət qədər kalsium qəbul etməyə çalışın.

Qara çayın tərkibində oksalat çoxdur. Bunun üçün qara çayı ya açıq için, ya da bitki çaylarına üstünlük verin.

Yaşıl tərəvəzin də tərkibi oksalatla zəngindir. Yaşıl tərəvəzi bişirmədən əvvəl suyunu süzün.

Tərkibində turşu miqdarı yüksək olan narıncı meyvələri daha çox istifadə edin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png