ONN İnformasiya Agentliyi

Biçilmiş taxıl sahələrini yandıran şəxs tutuldu

Biçilmiş taxıl sahələrini yandıran şəxs tutuldu
14 Sentyabr 2018 - 17:24

Sentyabrın 9-da Quba rayonunun Alpan kəndi ərazisində 1 hektar biçilmiş taxıl sahəsindəki küləş yandırılmışdır. Görülmüş təxirəsalınmaz tədbirlərlə yanğının qarşısı alınmış, bu zaman xəsarət alan olmamışdır.

DİN -dən ONN media -ya verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla yanğının həmin kənd sakini Rauf Şükürov tərəfindən törədilməsi müəyyən edilmişdir.

Polis əməkdaşları tərəfindən saxlanılarkən R.Şükürov ictimai qaydanı pozmuşdur. Şöbəyə gətirilən həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilmişdir.

Məhkəmənin qərarı ilə onun barəsində 5 gün müddətində inzibati həbs qərarı çıxarılmışdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png