ONN İnformasiya Agentliyi

Universitetdə YENİLİK- Ödənişsiz kurs…

Universitetdə YENİLİK- Ödənişsiz kurs…
05 Oktyabr 2018 - 13:35

Azərbaycan Dillər Universitetində ölkəmizdə ilk dəfə olaraq serb dili və mədəniyyətinin tədrisinə başlanılıb.

ONN media Olaylar.az-a istinadla bildirir ki, ADU-da serb dilinin tədrisi ölkələrimizin siyasi əlaqələri yanaşı, iqtisadi, mədəni, humanitar, elmi və akademik sahələrdə də fəal əməkdaşlığının, mədəni bağlılığının möhkəmlənməsi, xalqlarımızın daha da yaxınlaşması, qarşılıqlı olaraq bir-birinin mədəniyyəti ilə tanış olması və ondan faydalanması üçün fürsətdir.

Dərslər universitetdə fəaliyyət göstərən Serb dili və mədəniyyəti mərkəzində keçirilir. Universitetin tələbələri serb dilinin tədrisi ilə yanaşı, Serbiya mədəniyyəti, ədəbiyyatı, tarixi ilə yaxından tanış olurlar.

Mərkəzdə keçirilən dərslərdə Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, cənubi slavyan ədəbiyyatının Azərbaycanda tanınmış tədqiqatçısı, professor Cəlil Nağıyevin və  digər elmi, akademik dairələrin nümayəndələrinin iştirakı ilə bu dili öyrənən tələbələrə Serbiyaya aid müxtəlif mövzuda seminarların keçirilməsi nəzərdə tutulub.

Bununla yanaşı, Azərbaycan Dillər Universiteti yalnız öz tələbələri üçün deyil, həmçinin serb dilinə maraq göstərən şəxslər üçün də bir şans yaradır.

Cari ilin noyabr ayından etibarən universitetdə fəaliyyət göstərən Serb dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə ödənişsiz serb dili dərsləri təşkil olunacaq. Tələbələr serb dilini başlanğıc səviyyəsindən inkişaf etdirə bilərlər.

Öyrəniləcək serb dilinin köməkliyi ilə tələbələr Avropanın Monteneqro, Xorvatiya, Serbiya, Makedoniya, Bosniya və Hersoqovinada rahatlıqla ünsiyyət qura biləcəklər.

Dərslər tələbənin tək qrammatika deyil, bütün dil bacarıqları, o cümlədən dinləmə, danışıq, sürətli oxu, akademik yazı və tənqidi təfəkkür qabiliyyətinin inkişaf etdirilməsində mühüm rol oynayacaq. Dərslər uzun müddət Serbiyada yaşamış, Serb dili və mədəniyyət mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Lalə Məcidova tərəfindən aparılacaq. Maraqlanan şəxslər dərslərə yazılmaq üçün Serb dili və mədəniyyəti mərkəzinə (R.Behbudov küç.134, ADU-nun əsas binası, III mərtəbə, 301-ci otaq) müraciət edə bilərlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png