ONN İnformasiya Agentliyi

Azərbaycanda qəribə hadisə: Məktəb var, müəllim yox – Video

Azərbaycanda qəribə hadisə: Məktəb var, müəllim yox – Video
01 Noyabr 2018 - 11:12

Məktəb var, müəllim yox. Söhbət İmişli rayonu, Allahmədətli kənd orta məktəbindən gedir.

ONN media Xəzər TV-yə istinadla xəbər verir ki, bir neçə il əvvəl Kür çayının daşması nəticəsində rayonun ziyan görən kəndlərindən biri də Allahmədətli kəndi olub.

Ona görə kənddən bir neçə kilometr aralıda yeni qəsəbə salınıb və kənd sakinləri, eləcə də məktəb yeni qəsəbəyə köçürülüb.

Kənddə yaşayan ailələr isə yeni qəsəbənin uzaq olduğunu bildirərək övladlarının təhsil alması üçün kənddəki köhnə məktəbin yenidən fəaliyyətə başlamasını istəyirlər.

Rayon Təhsil Şöbəsindən bildiriblər ki, Allahmədətli kəndi 2010-cu il Kür daşqınları zamanı su altında qaldığından, həmin kənddən 8 kilometr aralıda yeni qəsəbə salınıb.

Burada ictimai-iaşə obyektləri ilə yanaşı, müasir standartlara cavab verən yeni məktəb binası da tikilib.

Yeni bina istifadəyə verildiyindən köhnə məktəbin fəaliyyəti dayandırılıb. O ki qaldı köhnə məktəbin müəllimlə təmin olunmasına, təhsil şöbəsindən bildirilib ki, orda olan uşaqların hər biri fərqli siniflərdə oxuyur və onların sayı ümumilikdə 8-10 nəfər təşkil edir.

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png