ONN İnformasiya Agentliyi

Paytaxda cibgir ələ keçdi

Paytaxda cibgir ələ keçdi
06 Noyabr 2018 - 2:12

Noyabrın 4-də Xətai rayonu ərazisindəki yarmarkada Bakı şəhər sakini Ə.Quliyevanın cibindən içərisində 50 manat və açar olan pulqabısı oğurlanıb.

DİN-dən ONN media -ya verilən xəbərə görə, Xətai RPİ 34-cü PŞ və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Qurbanov saxlanılıb. 

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmin gün rayon ərazisində xətt avtobusunda Bakı şəhər sakini E.Abdullayevanın cibindən mobil telefonunu oğurlaması da müəyyən edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png