ONN İnformasiya Agentliyi

Gömrükçülərdən qaçmağa çalışdı və…

Gömrükçülərdən qaçmağa çalışdı və…
08 Noyabr 2018 - 12:22

Azərbaycanlı sürücü yük avtomobili vasitəsilə Rusiyanın Smolensk vilayətindən qadağan olunmuş almanı keçirməyə çalışıb. 

ONN media Oxu.az-a istinadən xəbər verir ki, Krasninsk rayonunda gömrükçülər “Volvo” markalı yük avtomobilini yoxlamağa çalışarkən sürücü maşını işə salıb və aradan çıxmaq istəyib. 

Bir müddət sonra yük avtomobili alovlanıb. Uzağa gedə bilməyəcəyini görən şəxs avtomobili saxlayıb və qaçmağa başlayıb. Bu zaman o, gömrükçülərin əlinə keçib. Avtomobilə baxış zamanı qadağan olunmuş alma aşkar edilib. 

Araşdırmalar zamanı həmin şəxsin Rusiyaya girişi qadağan edilmiş Azərbaycan vətəndaşı olduğu aydınlaşıb. O, sərhədçilərə təhvil verilib. Azərbaycanlıya qarşı cinayət işi başlanılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png