ONN İnformasiya Agentliyi

Əfsanəvi futbolçu karyerasını bitirdi

Əfsanəvi futbolçu karyerasını bitirdi
11 Noyabr 2018 - 17:52

Rusiya milli komandasının sabiq kapitanı Andrey Arşavin karyerasını bitirib.

ONN media xəbər verir ki, o, Qazaxıstanın "Kayrat"ın komandasının heyətində vida oyununu keçirib.

37 yaşlı hücumçu Karaqanda "Şaxtyor"u ilə XXXIII tur matçının 50-ci dəqiqəsində meydana daxil olub. Arşavinin klubla müqaviləsi yekunlaşıb və o, başqa kluba keçməyəcəyini açıqlayıb.

Andrey Arşavin 2016-cı ildən "Kayrat"ın formasını geyib. Təcrübəli hücumçu 100-dən çox oyunda 30 qol və 37 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində isə həm də “Zenit Sankt-Peterburq” və “Arsenal” komandalarının şərəfini qoruyub.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Əfsanəvi futbolçu karyerasını bitirdi
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png